Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Mingəçevirdə 39 yaşlı kişi bıçaqlandı - Həmyerlisi polisə təslim oldu
 
						Mingəçevirdə 39 yaşlı kişi bıçaqlandı 
							 - Həmyerlisi polisə təslim oldu
Əlavə olunub: 06.03.2025 | 01:38 | Baxılıb: 944
Mingəçevirdə 39 yaşlı kişi bıçaqlanıb.

“omrum.az” xəbər verir ki, hadisə şəhərin Energetiklər adlanan yaşayış massivində baş verib.

Şəhər sakini 39 yaşlı Nəbi Mehralıyev həmyerlisi, 42 yaşlı Fəxri Salahbanov ilə mübahisə edib. Daha sonra mübahisə böyüyərək bıçaqlanmaya səbəb olub.

N.Mehralıyevə mübahisə zamanı kəsici alətlə xəsarətlər yetirilib.

O, Mingəçevir şəhər xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, kişi ayaq nayihəsindən dörd bıçaq zərbəsi alıb.

Əməli törədən şəhər sakini F. Salahbanov polisə könüllü təslim olub.

Faktla bağlı cinayət işi başlanıb.

Ziya Əmirxanlı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.