Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
MİQ üzrə vakansiya seçimi mərhələsinin nəticələri açıqlandı
 
						MİQ üzrə vakansiya seçimi mərhələsinin nəticələri açıqlandı
Əlavə olunub: 08.12.2025 | 15:44 | Baxılıb: 1687
Vakansiya seçimi mərhələsinin nəticələri elan edilib. 

“omrum.az” xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Bildirilib ki, 2025-2026-cı tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

6-11 avqust tarixlərində keçirilmiş vakansiya seçimində 2407 namizəd uğur qazanaraq müsahibə mərhələsində iştirak hüququ əldə edib. Ümumilikdə isə müsabiqə üzrə 3958 namizəd müsahibə mərhələsində iştirak hüququ əldə edib. 

Qeyd edək ki, müsahibə mərhələsi ilə bağlı məlumat əvvəlcədən namizədlərin şəxsi səhifələrinə göndəriləcək. Müsahibə mərhələsində iştirak edəcək bütün namizədlərə uğurlar arzu edirik.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.