Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Mirzoyan da ABŞ-yə səfər edəcək
 
						Mirzoyan da ABŞ-yə səfər edəcək
Əlavə olunub: 08.06.2025 | 18:37 | Baxılıb: 1365
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ABŞ-yə səfər edəcək.

“omrum.az” xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan açıqlama yayıb.

O bildirib ki, Mirzoyan Baş nazir Nikol Paşinyanın rəhbərlik nümayəndə heyətinin tərkibində Vaşinqtonda səfərdə olacaq.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün ABŞ-yə işgüzar səfərə yollanıb.

“The Washington Post” ABŞ Prezidenti Donald Trampın avqustun 8-də Ağ Evdə Azərbaycan lideri İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla ayrı-ayrılıqda görüşünün gözlənildiyini yazıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.