Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Mopeddəki sərnişin faciəvi şəkildə öldü - Foto
 
						Mopeddəki sərnişin faciəvi şəkildə öldü 
							 - Foto
Əlavə olunub: 05.19.2025 | 09:19 | Baxılıb: 5906
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

“omrum.az” xəbər verir ki, hadisə Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 58 ünvanının qarşısında baş verib.

Sadəddi Ağakişiyevin sükanı arxasında olduğu “Toyota Prius C” markalı avtomobillə Samir Məmmədovun idarə etdiyi “Minsk” markalı moped toqquşub. Nəticədə mopeddə olan sərnişin 21 yaşlı Əşrəf Mirzəyev müxtəlif dərəcəli xəsarətlər alıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.