Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.04.2025 | 15:50 | Baxılıb: 2219
İsrailin Baş naziri Benyamin Netanyahu general-mayor Roman Hofmanı ölkənin milli kəşfiyyat orqanı “Mossad”ın direktoru təyin edib. 

“omrum.az” xəbər verir ki, bu barədə İsrailin hökumət başçısının administrasiyası məlumat yayıb.

Hofman bu postda beşillik səlahiyyət müddəti 2026-cı ilin iyununda başa çatacaq David Barneanı əvəz edəcək. 

Qeyd edək ki, Roman Hofman 1976-cı ildə Belarusun Mozır şəhərində anadan olub. 1990-cı ildə valideynləri ilə birgə İsrailə repatriasiya edilib, 1995-ci ildə burada hərbi xidmətə çağırılıb. Daha sonra zabit kurslarını bitirib və diviziya səviyyəsinə qədər müxtəlif ordu bölmələrinə komandanlıq edib. 2022-ci ildə Quru Qoşunlarının Milli Təlim Mərkəzinin rəhbəri olub, 2024-cü ilin mayında isə Netanyahunun hərbi katibi təyin edilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.