Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Motosikletlə “BMW” toqquşdu, gənc qız xəsarət aldı - Yenilənib - Video
 
						Motosikletlə “BMW” toqquşdu, gənc qız xəsarət aldı 
							 - Yenilənib - Video
Əlavə olunub: 03.07.2025 | 13:11 | Baxılıb: 5528
Bu gün paytaxtın Yasamal rayonu ərazisində motosiklet piyadanı vurub.

“omrum.az” xəbər verir ki, hadisə Mətbuat prospektində piyada keçidinin üzərində baş verib.

Motosikletin vurduğu gənc qız müxtəlif dərəcəli xəsarətlər alıb.

***

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) baş inspektoru Rüstəm Əhmədli “omrum.az”ya bildirib ki, xəsarət alan şəxsin motosikletdəki sərnişin olması müəyyən edilib: “Bu gün saat 11:20-də Yasamal rayonunda - Həsən Bəy Zərdabi və Akim Abbasov küçələrinin kəsişməsində “BMW” markalı 90 FE 764 dövlət qeydiyyat nişanlı avtomobil ilə motosiklet toqquşub. Hadisə nəticəsində motosikletdəki xanım sərnişin xəsarət alıb”.

Hadisə yerindən görüntüləri təqdim edirik:

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.