Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Müğənni Dəniz həbs edildi
 
						Müğənni Dəniz həbs edildi
Əlavə olunub: 05.15.2025 | 12:34 | Baxılıb: 14227
Müğənni Dəniz Əsədova həbs edilib.

“omrum.az"in məlumatına görə, Binəqədi Rayon Məhkəməsi bu barədə hökm çıxarıb.

D.Əsədova vəkil Asim Abbasovun xüsusi ittiham qaydasında şikayəti əsasında 7 ay azadlıqdan məhrum edilib.

Dəniz Əsədova öz instaqram səhifəsində dəfələrlə vəkil Asim Abbasovu təhqir edib, onun fotolarını icazəsiz paylaşıb. Bu səbəbdən vəkil xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib, müğənninin təhqir və böhtan cinayətlərində təqsirli bilinərək ən ağır formada cəzalandırılmasını istəyib.

Xatırladaq ki, D.Əsədova bundan əvvəl də eyni ittihamla müxtəlif şəxslər-müğənni Cabbar Musayev və digərləri tərəfindən məhkəməyə verilmişdi. Bundan başqa, müğənninin şikayəti əsasında 2023-cü ildə Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Rauf İsfəndiyarov həbs edilib. Həkim ifaçıya qarşı 627 min manatlıq dələduzluqda ittiham olunub, daha sonra ev dustaqlığına buraxılıb.

Sail Ağasəlim

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.