“omrum.az” xəbər verir ki, o, hadisə zamanı evinə də zərər dəydiyini bildirib.
Şamama Quliyeva ifadə verərkən üzünü təqsirləndirilən şəxslərə tutaraq deyib: “Müharibəni mülki şəxslərə qarşı apararlar? Qocaları, körpələri öldürmək müharibə deyil. Sizin məqsədiniz azərbaycanlıları məhv etmək idi”.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi iyunun 5-də davam etdiriləcək.