Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Münaqişənin davam etməsi yolverilməzdir”
 
						“Münaqişənin davam etməsi yolverilməzdir”
Əlavə olunub: 05.14.2025 | 22:51 | Baxılıb: 1324
“Biz Ukrayna ilə mayın 15-də İstanbulda keçirilməsi planlaşdırılan ciddi danışıqlara hazırıq. Vasitəçilik etməyə hazır olduğuna görə Türkiyə tərəfinə səmimi təşəkkürümüzü bildiririk”.

“omrum.az” xəbər verir ki, bunu  Vyanada hərbi təhlükəsizlik və silahlara nəzarət üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Yuliya Jdanova bildirib.

“Qarşıdakı danışıqların məqsədi münaqişənin köklü səbəblərini aradan qaldırmaq və tarixi perspektivə malik uzunmüddətli, davamlı sülhün bərqərar edilməsidir. Silahlı münaqişənin davam etməsi yolverilməzdir”, - Jdanova əlavə edib.

Rusiyalı diplomat həmçinin qeyd edib ki, Moskva Ukrayna böhranının sülh yolu ilə həlli üçün səmimi vasitəçilik səyləri göstərən bütün beynəlxalq tərəfdaşlara, xüsusilə Çin, Braziliya, Afrika və Yaxın Şərq ölkələrinə və ABŞ-nin yeni administrasiyasına minnətdardır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.