Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Münasibətlərimizi korlamaq istəyənlər nə etdiklərini yaxşı düşünməlidir”
 
						“Münasibətlərimizi korlamaq istəyənlər nə etdiklərini yaxşı düşünməlidir”
Əlavə olunub: 07.02.2025 | 17:35 | Baxılıb: 2538
“Rusiya ilə Azərbaycan arasında dostluq münasibətləri son dərəcə vacibdir, onu korlamaq istəyənlər nə etdiklərini yaxşı düşünməlidirlər”.

“omrum.az” TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Sadəcə bu vəziyyətdən istifadə etmək istəyənlər az deyil. Amma düşünürəm ki, hər iki xalq üçün dostluq münasibətləri həqiqətən də son dərəcə önəmlidir.

Bu münasibətləri korlamaq istəyənlər isə nə etdiklərini yaxşıca götür-qoy etməlidirlər. Rusiya uzun illərdir Azərbaycanla qarşılıqlı maraqların nəzərə alındığı və hörmətə əsaslanan münasibətlər qurur”, - deyə Zaxarova vuurğulayıb.

O daha sonra əlavə edib: “Biz Azərbaycan tərəfini rəsmi sənədlərdə təsbit olunmuş dövlətlərarası münasibətlər səviyyəsinə qayıtmaq üçün tədbirlər görməyə çağırırıq. Xatırladım ki, bu, strateji müttəfiqliyin səviyyəsidir”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.