Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.01.2025 | 20:45 | Baxılıb: 1731
Türkiyəli məşhur aktyor Murat Cemcir reanimasiyaya yerləşdirilib.

“omrum.az” Türkiyə KİV-ə istinadən xəbər verir ki, ötən çərşənbə günü evində pisləşən və təcili yardımla xəstəxanaya aparılan Cemcirin daxili qanaxması olduğu məlum olub.

Yaxınlarının verdiyi məlumata görə, məşhur sənətçinin divertikulyar qanaxması olduğu anlaşılıb və dərhal lazımi müdaxilələr edilib. Müalicəsinə müsbət cavab verən Cemcirin bu gün reanimasiyadan çıxarılması gözlənilir.

Sənətçinin müalicəsi bir müddət xəstəxanada davam edəcək.

Qeyd edək ki, aktyor “Düğün dernek”, “Kardeş payı”, “Babab parası”, “Mahalleden arkadaşlar” və s. layihələrdə rol alıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.