
“omrum.az” xəbər verir ki, bu barədə Azərbaycan təmsilçisinin rəsmi səhifəsi məlumat yayıb.
Ağdam klubunu dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər iTicket.az saytında onlayn şəkildə bu gün saat 15:00-dan etibarən satışda olacaq.
Biletlərin qiyməti: 110 AZN.
Vauçerləri ilkin olaraq iTicket.az-dan əldə edəcəksiniz. Oyun gününə qədər isə biletiniz sifariş zamanı göstərdiyiniz e-mail ünvanına iTicket.az-ın rəsmi e-maili vasitəsilə göndəriləcək.
Azarkeşlərimiz üçün “Stadio Diego Armando Maradona”da 2480 yer ayrılıb.
Ayrılmış sektorlara giriş “Gate 26” vasitəsilə olacaq.
Qeyd edək ki, “Napoli” – “Qarabağ” oyunu noyabrın 26-sı Bakı vaxtı ilə 00:00-da, yerli vaxtla isə (İtaliya) 25 noyabr saat 21:00-da start götürəcək.