Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Narkotik qəbul edib avtomobil sürdü - Həbs edildi
 
						Narkotik qəbul edib avtomobil sürdü 
							 - Həbs edildi
Əlavə olunub: 04.14.2025 | 17:11 | Baxılıb: 3145
Salyanda avtomobili etibarnaməsiz idarə edən sürücünün narkotik aludəçisi olduğu aşkarlanıb.

“omrum.az” Baş DYP Idarəsinə istinadən xəbər verir ki, Ələt-Astara yolunun Salyandan keçən hissəsində hərəkətdə olan “VAZ” markalı avtomobil Baş DYP İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən saxlanılıb. Sənədlərin yoxlanılması zamanı məlum olub ki, sürücü Vəzir Canatov avtomobili etibarnaməsiz idarə edir.

Bununla yanaşı, hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçməyə dəvət olunub. Müayinə zamanı narkotik vasitə qəbul etməsi  təsdiq olunan V.Canatov məhkəmənin qərarı ilə 15 gün müddətində inzibati qaydada həbs edilib.

“Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir”, - qurumun məlumatında vurğulanıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.