Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Narkotik qəbul edib qəza törətdi - Həbs olundu
 
						Narkotik qəbul edib qəza törətdi 
							 - Həbs olundu
Əlavə olunub: 08.21.2025 | 10:45 | Baxılıb: 987
Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ə.Əhmədov küçəsində “Kia” markalı nəqliyyat vasitəsinin sürücüsü idarəetməni itirərək “Hyundai” markalı avtomobillə toqquşub.

“omrum.az” xəbər verir ki, sürücü Emil Xəlilov saxlanılıb.

Sabunçu RPİ-nin DYP Şöbəsinin əməkdaşları tərəfindən sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı E.Xəlilovun narkotik vasitə qəbul etməsi də müəyyən olunub.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən, inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə E.Xəlilov 30 gün inzibati qaydada həbs edilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.