Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
NATO XİN rəhbərləri Antalyada görüşəcək
 
						NATO XİN rəhbərləri Antalyada görüşəcək
Əlavə olunub: 05.13.2025 | 09:31 | Baxılıb: 512
Antalyada NATO xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı keçiriləcək.

“omrum.az” “TRT Haber”ə istinadən xəbər verir ki, 32 NATO müttəfiqinin təmsil olunacağı iclas mayın 14-15-də baş tutacaq.

24-25 iyun tarixlərində Haaqada keçiriləcək NATO Dövlət və Hökumət Başçıları Zirvəsinə hazırlıq Antalyada keçiriləcək bu toplantıda müttəfiq ölkələrin XİN rəhbərləri tərəfindən müzakirə olunacaq.

Qeyri-rəsmi sessiyada alyansın gündəliyində duran prioritet məsələlərlə bağlı Haaqa Sammitində qəbul oluna biləcək qərarların müzakirə ediləcəyi də gözlənilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.