Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Naxçıvanda qadın öldürüldü - 24 yaşlı oğlu tutuldu - Yenilənib
 
						Naxçıvanda qadın öldürüldü 
							 - 24 yaşlı oğlu tutuldu - Yenilənib
Əlavə olunub: 06.05.2025 | 09:28 | Baxılıb: 4578
Naxçıvan Muxtar Respublikası Babək rayonunda qətl törədilib.

“omrum.az” Naxçıvan MR Prokurorluğuna istinadən xəbər verir ki, hadisə iyunun 4-ü saat 20 radələrində Babək rayon Şəkərabad kəndində baş verib.

Belə ki, kənd sakini 1978-ci il təvəllüdlü Leyla Qoçəliyevanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla Babək rayon Şəkərabad kənd sakini 2001-ci il təvəllüdlü Nihad Qoçəliyevin Leyla Qoçəliyevanı kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Nihad Qoçəliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Babək Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

***

“omrum.az"in əldə etdiyi məlumata görə, şübhəli şəxs qismində tutulan Nihad Qoçəliyev qətlə yetirilən Leyla Qoçəliyevanın oğludur.

Aslan Vəliyev

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.