Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Naxçıvanda yeni təyinat
 
						Naxçıvanda yeni təyinat
Əlavə olunub: 03.03.2025 | 14:35 | Baxılıb: 6396
“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinə sədr əvəzi təyin olunub.

“omrum.az” xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədr müavini Bəxtiyar Məmmədov Sərəncam imzalayıb.

Sərəncama əsasən, sədr müavini Ruslan Aslan oğlu Kəngərliyə “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədr vəzifəsinin müvəqqəti icrası həvalə edilib.

Qeyd edək ki, “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Bəhruz Əsgərov bir neçə gün əvvəl vəzifəsindən azad edilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.