Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Nazarbayevin Putinlə görüşünün səbəbini açıqladı
 
						Nazarbayevin Putinlə görüşünün səbəbini açıqladı
Əlavə olunub: 06.02.2025 | 11:34 | Baxılıb: 2934
“Bir neçə gün əvvəl Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev arasında baş tutan görüş şəxsi xarakter daşıyıb”.

“omrum.az” TASS-a istinadən xəbər verir ki, bunu Nazarbayevin mətbuat katibi Aydos Ukibay mətbuata açıqlamasında deyib.

Onun sözlərinə görə, Qazaxıstanın birinci prezidentinin Moskvaya səfəri şəxsi, qeyri-rəsmi xarakter daşıyıb.

A.Ukibay, həmçinin qeyd edib ki, Nazarbayevi Putinlə dövlət səlahiyyətlərinin olub-olmamasından asılı olmayaraq qorunub saxlanan çoxillik dostluq münasibətləri bağlayır. 

Qeyd olunub ki, Nazarbayev İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümünə həsr edilmiş tədbirə dəvət edilsə də, iştirak edə bilməyib və bu səbəbdən də Moskvaya daha sonradan səfər edib. 

Xatırladaq ki, tərəflər arasında görüş mayın 29-da baş tutub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.