“omrum.az” xəbər verir ki, əvvəlcə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Bəhruz Əzimov Fondun 3 illik fəaliyyəti, əldə olunan nəticələr, eləcə də əlaçı tələbələrə geri ödənişlər zamanı edilən güzəştlərlə bağlı təqdimatla çıxış edib.
Daha sonra elm və təhsil naziri Emin Əmrullayev Fondun təhsilin əlçatanlığı və ölkənin ali təhsil sistemindəki rolunun vacibliyindən danışaraq qurumun bu istiqamətdə vətəndaşların sosial rifahına töhfə verdiyini qeyd edib.
Ləman Pənahova da öz növbəsində təhsil kreditlərinin regionlarda onun kimi təhsil alan tələbələrin, xüsusilə də gənc qızların təhsilə çıxış imkanlarının artırılması baxımından əhəmiyyətini vurğulayaraq təşəkkürünü bildirib.
Sonda Ləman Pənahovaya təşəkkürnamə təqdim edilib, xatirə fotosu çəkilib.