Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Nazirlik minaya düşən hərbçilərimizlə bağlı məlumat yaydı
 
						Nazirlik minaya düşən hərbçilərimizlə bağlı məlumat yaydı
Əlavə olunub: 08.06.2025 | 11:02 | Baxılıb: 2464
Müdafiə Nazirliyi Kəlbəcərdə hərbçilərimizin minaya düşməsi ilə bağlı məlumat yayıb.

“omrum.az” xəbər verir ki, açıqlamada deyilir:

“Avqustun 5-i saat 19:05 radələrində Kəlbəcər rayonu ərazisində təminat tapşırığı yerinə yetirərkən hərbi yük avtomobili Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış minaya düşüb.

Baş vermiş partlayış nəticəsində xəsarət alan Azərbaycan Ordusunun dörd nəfər hərbi qulluqçusu yaxınlıqdakı tibb müəssisəsinə təxliyə edilib. Onların həyatları üçün təhlükə yoxdur.

Faktla bağlı araşdırma aparılır”.

Hadisə ilə bağlı Baş Prokurorluq da məlumat yayıb.

Qeyd olunub ki, hərbi qulluqçuların mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları faktı üzrə Kəlbəcər hərbi prokurorluğunda araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.