Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.21.2025 | 15:08 | Baxılıb: 5415
Dünən axşam saatlarında Sumqayıtda ağır yol qəzası baş verib.

“omrum.az” xəbər verir ki, şəhər sakini Adil Ağayev idarə etdiyi “Mercedes” markalı avtomobillə S.Vurğun küçəsində yolu keçən piyada 55 yaşlı Yaqub Qərib oğlu Əhədovu vurub.

Y.Əhədov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Əldə etdiyimiz məlumata görə,Yaqub Əhədov Müdafiə Nazirliyinin Silahlandırma idarəsinin keçmiş rəisidir. O, bir neçə il əvvəl nazirlikdəki vəzifəsindən kənarlaşdırılıb və barəsində cinayət işi açılıb. Həmin vaxt Ə.Yaqubovun rütbəsi də polkovnikdən aşağı salınıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.