Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Nəbatat Bağında uşağı ilan sancmışdı - Piknik yeri bağlandı-Yenilənib
 
						Nəbatat Bağında uşağı ilan sancmışdı 
							 - Piknik yeri bağlandı-Yenilənib
Əlavə olunub: 08.07.2025 | 16:49 | Baxılıb: 6568
Mərkəzi Nəbatat Bağında piknik sahəsi müvəqqəti olaraq bağlanıb.

“omrum.az” iqtisadiyyat.az-a istinadən xəbər verir ki, buna səbəb ümumi dezinfeksiya işlərinin aparılmasıdır.

Mərkəzi Nəbatat Bağından piknik sahəsinin ümumi dezinfeksiya işləri ilə əlaqədar olaraq müvəqqəti bağlandığı barədə məlumat təsdiqlənib.

***

Mərkəzi Nəbatat Bağı dezinfeksiya işləri ilə bağlı məlumat yayıb: “Bir sıra KİV-də yayılmış məlumatlarla bağlı bildirmək istərdik ki, bağ ərazisində cari işlər çərçivəsində ağaclarda yayıla biləcək müxtəlif xəstəliklər, inseksid və funqisidlərə qarşı mütamadi olaraq dezinfeksiya işləri aparılmaqdadır. Lakin qeyd edək ki, istifadə olunan dezinfeksiya məhlullarının insan sağlamlığına heç bir zərəri yoxdur”.

Qeyd edək ki, bir neçə gün əvvəl Mərkəzi Nəbatat Bağında azyaşlını ilan sancıb. Rəsmi açıqlamada orada yaşayan istənilən növ canlıların, o cümlədən həşəratların mövcudluğunun mümkün olduğu bildirilib, ziyarətçilərdən təyin olunmuş yerlərdə gəzmələri, azyaşlıları diqqətdən kənar qoymamaları xahiş edilib.

Bundan sonra isə iyulun 30-dan bağda sanitar-gigiyena tədbirləri çərçivəsində genişmiqyaslı dezinfeksiya işlərinə başlanılıb. Bağın giriş hissəsi, uşaq meydançası və piknik zonasına xüsusi preparatlar tətbiq edilərək təmizlənib. Ümumi dezinfeksiya işləri sistemli şəkildə davam etdirilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.