Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Neftçi” dünya ulduzu ilə danışıqlar aparır
 
						“Neftçi” dünya ulduzu ilə danışıqlar aparır
Əlavə olunub: 07.06.2025 | 19:25 | Baxılıb: 4402
Yeni mövsümə hazırlaşan “Neftçi” heyətini dünya ulduzu ilə gücləndirə bilər.

“omrum.az” sportinfo.az-a istinadən xəbər verir ki, “ağ qaralar” Duqlas Koşta ilə danışıqlar aparır.

“Yuventus” və “Bavariya” kimi dünya nəhənglərinin formasını geyinmiş məşhur braziliyalı futbol azarkeşlərinə yaxşı tanışdır.

O, Almaniya nəhəngində keçirdiyi 97 görüşdə 15 qol, 30 məhsuldar ötürmə ilə yadda qalıb.

“Yuventus” formasında meydana çıxdığı 103 görüşə 10 qol, 21 məhsuldar ötürmə sığdıra bilib.

Braziliya millisində 31 oyun keçirmiş ulduz futbolçu 2024-cü ilin yayından “Sidney”də çıxış edir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.