Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Neftçi” onu da göndərdi
 
						“Neftçi” onu da göndərdi
Əlavə olunub: 06.24.2025 | 20:30 | Baxılıb: 1431
“Neftçi” Ervin Koffi ilə başa çatan müqaviləni yeniləməyib. 

“omrum.az” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Fransalı cinah müdafiəçisindən öncə bu yay Bakı klubunu daha 11 futbolçu - Filip Ozobiç, Yeqor Boqomolski, Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev, Höccət Haqverdi, Rüstəm Samiqullin, Robert Bauer, Rafael Quzzo və Dembo Darbo da tərk edib.

Qeyd edək ki, 2023-cü ilin yayında transfer olunmuş Koffi “Neftçi”nin heyətində 75 rəsmi oyuna çıxıb, 3 qol vurub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.