Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.28.2025 | 21:21 | Baxılıb: 965
Azərbaycan Premyer Liqasında 13-cü tura start verilib.

“omrum.az” xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib.

“Kəpəz” “Zirə”ni qəbul edib. Yevlax şəhər stadionunda keçirilən görüş “Zirə”nin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu komandaların ilk dövrədəki oyununda “Zirə” 5 cavabsız qolla qalib gəlmişdi.

Günün digər matçında isə “Neftçi” “Turan Tovuz”un qonağı olub. Tovuz şəhər stadionunda keçirilən matçda qalib müəyyənləşməyib - 0:0. “Turan Tovuz” ilk dövrədə səfərdə “Neftçi”ni 1:0 hesabı ilə məğlub etmişdi.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.