Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.30.2025 | 10:41 | Baxılıb: 1674
“Neftçi” daha bir transferini həyata keçirib.

“omrum.az” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Lüksemburq millisinin futbolçusu Alessio Kurçi heyətə cəlb edilib. 23 yaşlı hücumçu ilə 3 illik müqavilə bağlanıb.

Futbola vətənində başlayıb Almaniyada davam edən Kurçinin sonuncu klubu “Francs Borains” (Belçika) olub. O, milli komandasının heyətində 15 oyun keçirib, 1 qol vurub.

Qeyd edək ki, "Neftçi" bu yay Sessi D’Almeyda (son klubu “Apollon Limassol”), Luis Ortis (“Sportivo Ameliano”dan icarəyə götürülüb), Elvin Bədəlov (son klubu "Sumqayıt"), Murad Xaçayev (son klubu "Sumqayıt"), İqor Ribeyro ("Araz-Naxçıvan"), İmad Faraj (son klubu “AEK Larnaka”), Freddi Varqas (“Makkabi”dən (İsrail, Netanya icarəyə götürülüb), Cordan Rezabala (son klubu "Dorados"), Kristian Kostin (son klubu “Dinamo” Buxarest, Rumıniya) və Kenan Piriçi (son klubu "Antalyaspor", Türkiyə) də heyətinə cəlb edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.