Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Neftçi”nin Çempionlar Liqasında rəqibi bəlli oldu
 
						“Neftçi”nin Çempionlar Liqasında rəqibi bəlli oldu
Əlavə olunub: 06.24.2025 | 15:26 | Baxılıb: 1191
“Neftçi”nin qadın futbolçulardan ibarət komandasının Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

“omrum.az” xəbər verir ki, yarımfinal və final görüşlərindən ibarət olacaq 1-ci təsnifatın püşkatma mərasimi bu gün İsveçrənin Nyon şəhərində keçirilib. 
Püşkün nəticələrinə əsasən, “Neftçi” 4-cü qrupda yarımfinalda Türkiyə “Fomget”i ilə qarşılaşacaq.

Birinci təsnifat mərhələsinin yarımfinal matçları iyulun 30-da, final görüşləri isə avqustun 3-də oynanılacaq.

Əgər Bakı klubu Ankara təmsilçisini mübarizədən kənarlaşdırarsa, finalda İsrail “Kiryat”ı ilə üz-üzə gələcək. “Neftçi”nin ilk matçı səfərdə olacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.