Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.19.2025 | 19:57 | Baxılıb: 1439
İsrailin Baş naziri Benyamin Netanyahu bu gün İsrailin nəzarətində olan Qolan təpələrinə səfər edib.

“omrum.az” xəbər verir ki, “Kan” dövlət televiziyası bu haqda İsrail mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, İsrailin müdafiə naziri İsrael Katz, xarici işlər naziri Gideon Saar, İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir də orada olub. Səfər zamanı İsrail liderləri regiondakı vəziyyətlə bağlı brifinqlərdə iştirak ediblər.

Qeyd edək ki, sözügedən ərazilər İsrailin nəzarəti altındadır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.