Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.07.2025 | 18:27 | Baxılıb: 1740
Türkiyəli məşhur müğənni Nilufərin qızı Ayşe Nazlı Yumlu evlilik yolunda ilk addımı ataraq sevgilisi Batuhan Yağlıoğlu ilə nişanlanıb.

“omrum.az” Türkiyə KİV-ə istinadən xəbər verir ki, mərasim ailə və yaxın dostların iştirakı ilə sadə və səmimi atmosferdə baş tutub.

Qeyd edək ki, Ayşe Nazlı 2000-ci ildə doğulub və bir neçə aylıq ikən Nilufər tərəfindən himayəyə götürülüb.

Ayşe hazırda Britaniyada psixologiya təhsili alır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.