Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.25.2025 | 16:30 | Baxılıb: 5585
Bakıda qeydiyyat nişanı olmadan idarə edilən avtomobilin görüntüləri yayılıb.

Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətindən “omrum.az”ya bildirilib ki, Səbail rayonunda lentə alınan həmin görüntülər araşdırılıb.

Araşdırmalarla “Changan” markalı, 77-EX-* dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən müharibə veteranı E.Xəlilov müəyyən olunaraq saxlanılıb.

Polis əməkdaşları tərəfindən sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə protokol tərtib olunmaqla barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görülüb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.