“omrum.az” xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı Səfirliyi məlumat yayıb.
Bildirilib ki, Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarın qarşılanma mərsimində xarici işlər nazirinin müavini Samir Şərifov və Türkiyə səfiri Birol Akgünlə yanaşı, Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer də iştirak edib.
Qeyd edək ki, E. Tatar İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Xankəndidə keçiriləcək 17-ci Zirvə görüşündə iştirak edəcək.