Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“OBA”da yaralanan qadınların son vəziyyəti açıqlandı
 
						“OBA”da yaralanan qadınların son vəziyyəti açıqlandı
Əlavə olunub: 02.27.2025 | 11:37 | Baxılıb: 4369
Xəbər verdiyimiz kimi, bu gün səhər saat 06:45 radələrində “OBA” marketlər şəbəkəsinin “Binə 3” filialında partlayış baş verib. Hadisə zamanı 3 nəfər xəsarət alıb.

“omrum.az” məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanlayıb. Qurumdan bildirilib ki, hadisə ilə bağlı saat 07:00 radələrində Xəzər rayonu, Binə südçülük sovxozu, “OBA” marketdə yanğın baş verməsi səbəbilə çağırış daxil olub.

“Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 3 nəfər qadın cinsli müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunub.

Xəsarət alan şəxslərə əl və üz nahiyəsinin II-III dərəcəli yanıq diaqnozu təyin edilib.

Onlara zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan şəxslər ambulator müalicə üçün evə buraxılıblar”, - məlumatda qeyd olunub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.