Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ödənişli yolda “Mercedes” aşdı - 2 nəfər dərəyə yıxıldı - Video
 
						Ödənişli yolda “Mercedes” aşdı 
							 - 2 nəfər dərəyə yıxıldı - Video
Əlavə olunub: 04.05.2025 | 10:25 | Baxılıb: 2427
Bakı-Quba-Rusiya ödənişli avtomobil yolunun Xaçmaz rayonu, Qımılqışlaq kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat qəzası baş verib. Nəticədə vətəndaşlar avtomobildə köməksiz vəziyyətdə qalıb.

“omrum.az” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, “Mercedes” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı dərəyə aşıb və avtomobildəki sürücüsü və sərnişin köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrdən istifadə etməklə xəsarət alaraq köməksiz vəziyyətdə qalan avtomobilin 1969-cu il təvəllüdlü sürücüsü Ələsgərov İlham Yaqub oğlu və sərnişini 1983-cü il təvəllüdlü Şirinov Bəhruz Mikayıl oğlunu dərinliyi təxminən 12 metr olan dərədən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

DYP-dən verilən məlumata görə, Qusar rayon sakini İlham Ələsgərov bu gün saat 04:30 radələrində “Mercedes” markalı avtomobillə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunun Xaçmaz rayonu ərazisindən keçən 167-ci kilometrliyində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən yoldan çıxıb və dərəyə aşıb.

Qəza nəticəsində xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib, sərnişini – Qusar rayon sakini Bəhruz Şirinov isə ilkin tibbi yardım göstərildikdən sonar evə buraxılıb. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.