Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.21.2025 | 00:59 | Baxılıb: 1579
Madrid “Real”ının sabiq hücumçusu Mariano Dias klubun gənc braziliyalı forvardı Endrikin daha çox oynamaq üçün komandanı tərk etməsinin məqsədəuyğun olduğunu bildirib.

“omrum.az” xəbər verir ki, bu barədə o “Madrid Universal” portalına müsahibəsində danışıb.

“Endrikə məsləhətim “Real”dan ayrılıb öz oyununu rahat şəkildə göstərməsidir. Futbolçunun ən böyük üstünlüyü əsas heyətdə olmaqdır. Sənə güvəniləndə potensialını tam göstərə bilirsən. Bir neçə dəqiqə oynamaq isə tam başqa şeydir və burada dəyərini sübut etməyə vaxtın çatmır”.

Diasın sözlərinə görə, Endrikin digər kluba icarəyə verilməsi onun “Real”dakı gələcək karyerasını risk altına qoymayacaq:

“Əgər Endrik icarə əsasında başqa komandaya getsə, bu, onun “Real”a qayıtmasına mane olmaz”.

Qeyd edək ki, 19 yaşlı braziliyalı forvard cari mövsümdə Madrid klubunun heyətində cəmi bir oyun keçirib və o, hazırda Fransa təmsilçisi “Lion”a icarə əsasında keçməyə yaxın göstərilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.