Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Onlar haqda həbs qərarı verildi
 
						Onlar haqda həbs qərarı verildi
Əlavə olunub: 06.02.2025 | 16:25 | Baxılıb: 13001
Xaricdə yaşayan bir neçə bloqer və Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev barəsində həbs tədbiri seçilib.

“omrum.az"in məlumatına görə, Baş Prokurorluğun İstintaq İdarəsində aparılan cinayət işi çərçivəsində Binəqədi Rayon Məhkəməsinə təqdim olunan təqdimatlar təmin edilib.

Məhkəmənin qərarı ilə bloqerlər Orduxan Bəbirov, Tural Sadıqlı və Elşad Abdullayev barəsində həbs tədbiri seçilib.

Bloqerlər müxtəlif cinayət əməllərində, o cümlədən dövlət əleyhinə çağırışlar, dələduzluq və digər hüquqazidd əməllərdə ittiham olunurlar. Elşad Abdullayevə isə külli miqdarda vergidən yayınma, rüşvət alma və digər ağır cinayətlərə görə ittiham irəli sürülüb.

Sail Ağasəlim

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.