Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.09.2025 | 19:41 | Baxılıb: 1766
Nyu-York şəhərinin yeni seçilmiş meri, Demokrat Partiyasının üzvü olan Zohran Mamdani vəzifəyə başladıqdan sonra şəhər polisinin ABŞ-nin Miqrasiya və Gömrük Xidməti (ICE) ilə əməkdaşlıq etməyəcəyini bəyan edib.

“omrum.az” xəbər verir ki, Mamdani bu barədə “Spectrum News” telekanalına açıqlamasında söyləyib.

“Mənim dövrümdə Nyu-York polisi ICE ilə əməkdaşlıq etməyəcək. Onların şəhərin beş rayonundakı sakinləri qorxutmaq cəhdlərinə son qoyulacaq”, – deyə o vurğulayıb.

Mamdani tərəfdarları qarşısında çıxışı zamanı bildirib ki, onun rəhbərliyi altında Nyu-York “miqrantlar tərəfindən qurulan və bu gün də bir miqrant tərəfindən idarə olunan miqrantların şəhəri” olaraq qalacaq.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bundan öncə də sərt miqrasiya siyasətini müdafiə edərək, ölkə tarixində ən böyük qanunsuz miqrant deportasiyası əməliyyatını həyata keçirmək niyyətində olduğunu bəyan etmişdi.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.