Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ötən gün yol qəzalarında ölən olmayıb
 
						Ötən gün yol qəzalarında ölən olmayıb
Əlavə olunub: 04.17.2025 | 10:59 | Baxılıb: 1766
Qeyri-sabit hava şəraitinə baxmayaraq, ötən gün respublika ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınmayıb.

“omrum.az"in məlumatına görə, bu, Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Bildirilib ki, yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədilə xüsusilə təhlükəli hesab edilən yol sahələri DYP əməkdaşları tərəfindən nəzarətdə saxlanılıb, sürücülərə yol və hava şəraiti ilə bağlı operativ məlumatlar çatdırılıb.

Səyyar qaydada aparılan maarifləndirici tədbirlər zamanı sürücülərə hava və yol şəraitinə uyğun davranmaları, sürət həddinə əməl etmələri, ara məsafəsini qorumaları tövsiyə olunub.

Baş Dövlət Yol Polisi İdarəsi təhlükəsizliyə biganə qalmayan, qaydalara əməl edən bütün sürücülərə təşəkkür edir və bir daha xatırladır: dəyişkən hava şəraiti yol qəzalarının başvermə riskini artırır. Bu səbəbdən hər bir sürücü yola çıxmazdan əvvəl nəqliyyat vasitəsinin texniki vəziyyətini yoxlamalı, hərəkət zamanı isə maksimum diqqətli və məsuliyyətli olmalıdır.


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.