Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Overçuk və Qriqoryan kommunikasiyaların açılmasını müzakirə etdilər
 
						Overçuk və Qriqoryan kommunikasiyaların açılmasını müzakirə etdilər
Əlavə olunub: 08.20.2025 | 20:35 | Baxılıb: 1123
Ermənistan və Rusiya baş nazirlərinin müavinləri - Mqer Qriqoryan və Aleksey Overçuk regional kommunikasiyaların açılması məsələlərini müzakirə ediblər.

“omrum.az” xəbər verir ki, bu barədə Ermənistan hökumətinin Mətbuat xidməti məlumat yayıb.

Baş nazirin müavinləri, Ermənistan və Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrləri geniş tərkibdə danışıqlar aparıblar.

Görüşdə ərazi bütövlüyü, suverenlik, ölkələrin yurisdiksiyası və qarşılıqlılıq prinsiplərinə tam əməl olunması çərçivəsində regional kommunikasiyaların açılması məsələləri müzakirə olunub.

Həmçinin Qriqoryan Rusiyadan taxılın Yuxarı Lars keçid məntəqəsi vasitəsilə çatdırılmasında göstərdiyi köməyə görə həmkarına təşəkkür edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.