Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Öz qanını çağırışçıların qanına qarışdıran laborantla bağlı məsələyə - Rəsmi reaksiya
 
						Öz qanını çağırışçıların qanına qarışdıran laborantla bağlı məsələyə 
							 - Rəsmi reaksiya
Əlavə olunub: 04.21.2025 | 17:24 | Baxılıb: 8538
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi xidmətdən yayınmaq istəyən çağırışçıların qanını öz qanı ilə dəyişdirən talassemiyalı laborantla bağlı məsələyə münasibət bildirib.

Qurumun İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov “omrum.az”ya bildirib ki, sözügedən məsələdən xəbərdardırlar.

Bildirilib ki, hərbi xidmətdən yayınma ilə bağlı bütün məsələlər araşdırılır: “Bu istiqamətdə Baş Prokurorluqla birgə kompleks tədbirlər görülür. Bu kimi faktlar da ortaya çıxdığı halda təqsirkar şəxs məsuliyyətə cəlb edilir”.

Qeyd edək ki, Musavat.com-un məlumatına görə, Süleyman Qubadlı adlı laborant 2022-2023-cü illər ərzində həqiqi hərbi xidmətdən yayınmaq üçün ona müraciət edən ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul alaraq analiz üçün öz qanını verib. Talassemiya xəstəliyindən əziyyət çəkən Süleyman saxta nəticələri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabe qurumlarına təqdim edib. O, törətdiyi əmələ görə 1 il 6 ay azadlıqdan məhrum edilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.