Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Özçivit ailəsində zorakılıq iddiası - Aktrisadan cavab gəldi
 
						Özçivit ailəsində zorakılıq iddiası 
							 - Aktrisadan cavab gəldi
Əlavə olunub: 08.20.2025 | 22:22 | Baxılıb: 8559
Fahriye Evcen və Burak Özçivitin ailəsində söz-söhbətlər səngimək bilmir. 

“omrum.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, indi də cütlüyün ailəsində zorakılıq iddiaları səslənir. 

Qonşular onların evində dava-dalaş səsləri eşitdiklərini, bir-birilərinə səslərini yüksəltdiklərini bildiriblər. Məlumatlara görə, onların tətili zamanı da mübahisəsi davam edib.

Fahriye Evcen isə bu xəbərləri yayanları məhkəmə ilə hədələyib. 

“Ailə dəyərlərinə bir az hörmətiniz olsun. Ailəmiz haqqında bu cür yalan məlumatların yayılması davam edərsə,  hüquqi tədbir görüləcək”,-deyə aktrisa öz instaqram stasundakı paylaşımında qeyd edib.

Qeyd edək ki, bir müddət öncə cütlüyün boşandıqlarına dair məlumatlar yayılmışdı. Fahriye Evcenin instaqram profilindən “Özçivit”  soyadını çıxarması boşanma şayiələrinə səbəb olmuşdu.

Onun ərinin soyadını yenidən profilinə əlavə etməsi, bunun ardınca sosial media hesablarında birlikdə çəkdirdikləri fotonu paylaşması pərəstişkarları tərəfindən “hər şey yaxşıdır” mesajı kimi şərh edilmişdi. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.