Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Özelə hücum edən şəxsin ilkin ifadəsi açıqlandı
 
						Özelə hücum edən şəxsin ilkin ifadəsi açıqlandı
Əlavə olunub: 05.06.2025 | 03:44 | Baxılıb: 2445
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özelə hücum edən Selçuk Tengioğlunun ifadəsi ortaya çıxıb.

“omrum.az” bu barədə “Hürriyet”ə istinadən xəbər verir.

“Özgür Özelin əvvəllər Türkiyə Prezidenti, prokurorları və polisinə hədə-qorxu ilə səsləndirdiyi çıxışları məndə narahatlıq hissi yaratmışdı. Hadisə anında emosional boşluğa düşdüm və üzünə şillə vurdum. Bu hərəkəti planlaşdırmamışdım. Hadisə anidən baş verdi”, - deyə Tengioğlu ifadəsində bildirib.

Xatırladaq ki, hücumda şübhəli bilinən şəxsin 2004-cü il mayın 9-da 15 yaşlı qızı ilə 17 yaşlı oğlunu qətlə yetirdiyi, 11 yaşındakı digər qızını yaraladığı üçün ömürlük həbs cəzasına məhkum edildiyi məlum olub. O, 2020-ci ildə şərti azadlığa buraxılıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.