Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Özündən 13 yaş böyük qadını şantaj edirdi, saxlanıldı
 
						Özündən 13 yaş böyük qadını şantaj edirdi, saxlanıldı
Əlavə olunub: 04.09.2025 | 13:33 | Baxılıb: 2610
Sumqayıtda qadını görüntüləri ilə şantaj edən şəxs saxlanılıb.

“omrum.az” DİN-ə istinadən xəbər verir ki, 39 yaşlı qadın 26 yaşlı tanışı N.Kərimov tərəfindən sosial şəbəkədə şantaj edilməsi ilə bağlı polisə müraciət edib.

Gənc oğlanın hədə-qorxu yolu ilə qadından bir müddətdir pul və qızıl-zinət əşyaları alması müəyyən edilib.

N.Kərimov barəsində Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə iş başlanılıb. Araşdırmalar davam etdirilir.

Əldə etdiyimiz məlumata görə, N.Kərimov qadının qızıl qolbağını pul əvəzində almış və əlavə 500, 1000, 2000, 5000 manat tələb edib. Qadın həmin pulu verə bilməyəcəyini gördükdən sonra polisə müraciət edib.

Polisi hədə-qorxu ilə üzləşən vətəndaşların vaxtında müraciət etməsinin zəruriliyini vurğulayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.