Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Pakistanda aeroport yaxınlığında partlayış - Video
 
						Pakistanda aeroport yaxınlığında partlayış 
							 - Video
Əlavə olunub: 05.08.2025 | 10:10 | Baxılıb: 1275
Pakistanın Lahor şəhərində bir neçə partlayış baş verib.

“omrum.az” xəbər verir ki, bu barədə məlumatı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən “Samaa TV” telekanalı yayıb. 

Bildirilib ki, partlayışlar Uolton hava limanı yaxınlığında qeydə alınıb.

Telekanalın mənbəsinin sözlərinə görə, ərazidə Hindistana məxsus kəşfiyyat üçün istifadə olunan pilotsuz uçuş aparatı zərərsizləşdirilib. 

Xatırladaq ki, Hindistan mayın 7-nə keçən gecə Pakistanda “terror infrastrukturu”na qarşı “Sindur” əməliyyatına başladığını elan edib və ölkə ərazisinə zərbələr endirib. Pakistan isə buna Hindistan ərazisindəki hədəflərə zərbələr endirməklə cavab verib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.