Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Pakistanda daşqınlarda ölənlərin sayı 350-ni keçdi
 
						Pakistanda daşqınlarda ölənlərin sayı 350-ni keçdi
Əlavə olunub: 08.17.2025 | 13:25 | Baxılıb: 895
Pakistanın şimalında leysan yağışların səbəb olduğu daşqınlarda ölənlərin sayı artıb.

“omrum.az” “Geo News”a istinadən xəbər verir ki, Xeyber-Paxtunxva əyalətində 328, Gilgit Baltistanda 12, Azad Kəşmirdə 11 nəfər həlak olub.

Daşqınlar Buner, Svat, Mansehra, Bajaur və Battaqram kimi ərazilərdə evlərə, müəssisələrə və infrastruktura ciddi ziyan vurub.

Hayber-Paxtunxva əyalətində çoxsaylı ərazilər “fəlakət bölgələri” elan edilib. Səlahiyyətlilər ölənlərin sayının artacağından narahat olduqlarını və indiyədək Xeyber-Paxtunxvanın 11 rayonunda ümumilikdə 3817 nəfərin daşqınlardan zərər çəkdiyini açıqlayıblar.

Ölkənin şimalında güclü yağışların avqustun 21-dək davam edəcəyi gözlənilir. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.