
“omrum.az” xəbər verir ki, iddialara görə, mübahisə Meqan Marklın 2022-ci ildə fotosessiyadan sonra çəkilişdə istifadə olunan zümrüd yaşılı rəngli, “Galvan” markasının “Ushuaia” model paltarını özü ilə evə aparması ilə başlayıb.
“Page Six” nəşrinə danışan mənbə Marklın paltarı “uyğunsuz şəkildə ələ keçirdiyini” bildirib.
Söhbətə səbəb olan paltar Marklın yaxın günlərdə “Netflix”də yayımlanacaq “With Love, Meghan Holiday Celebration” adlı Yeni il xüsusi proqramının reklamında yenidən üzə çıxıb.
Marklın nümayəndəsi yayılan məlumatlara dərhal reaksiya verərək, “People” jurnalına açıqlama göndərib və ittihamları qəti şəkildə təkzib edib:
“Paltarın stilistlərin və ya çəkiliş komandasının məlumatı və icazəsi olmadan götürüldüyü barədə iddialar təkcə səhv deyil, həm də böhtandır”.