Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Papa vəzifəsinin icrasına başlayıb - Video + Yenilənib
 
						Papa vəzifəsinin icrasına başlayıb 
							 - Video + Yenilənib
Əlavə olunub: 05.18.2025 | 12:18 | Baxılıb: 1937
Bu gün Roma Katolik Kilsəsinin yeni rəhbəri seçilən Papa XIV Leo üçün Müqəddəs Pyotr Meydanında taxta çıxma mərasimi keçirilir.

“omrum.az” xəbər verir ki, mərasimdə ABŞ vitse-prezidenti Ceyms Devid Vens, Ukrayna lideri Volodimir Zelenski, Kanada Baş naziri Mark Karni və İsrail Prezidenti İshak Hersoq da iştirak edir.

***

Roma Papası XIV Leo, papalıq hakimiyyətinin simvolları olan “balıqçı üzüyü” və xaçlarla bəzədilmiş yun lent – pallium ilə təltif olunub.

Bu qədim mərasim 267-ci Roma Papasının pontifikat dövrünün rəsmi başlanğıcını simvolizə edib.

Papa xütbəsi ilə başa çatacaq inaqurasiya messasına XIV Leonun özü başçılıq edir.

Meydanda çoxsaylı dindarlar, eləcə də xarici ölkələrdən 150-dən çox nümayəndə heyəti, dini konfessiyaların nümayəndələri iştirak edirlər.

Mərasimi təqdim edirik:

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.