Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.22.2025 | 14:36 | Baxılıb: 1009
Keçmiş yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədovun məşhur papaqları teleqram platformasında hərracda satışa çıxarılacaq.

“omrum.az” xəbər verir ki, bu barədə messencerin qurucusu Pavel Durov məlumat yayıb.

“Həbibin əfsanəvi papaqları ənənələri, azadlığı və hörməti simvolizə edən kolleksiya nümunələridir. Məğlubedilməz çempionun özü deyir: “Bəzi hədiyyələr təkcə dəyər daşımır, həm də mənaya malikdir”, - o qeyd edib.

Xatırladaq ki, Nurməhəmmədov son dəfə 2020-ci ilin oktyabrında oktaqona çıxmış, ikinci raundda boğucu fəndlə Castin Qeycini məğlub etmişdi. Onun MMA karyerasındakı nəticəsi isə 29-0-lıq məğlubiyyətsiz rekordla yadda qalıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.