“omrum.az” “Reuters” agentliyinə istinadən xəbər verir ki, 134 deputat qanun layihəsinin lehinə, 37 nəfər isə əleyhinə səs verib.
Daha 7 deputat isə bitərəf qalıb.
Bildirilib ki, ölkənin BCM-dən çıxması ilə bağlı proses təqribən 1 il vaxt tələb edəcək.
Xatırladaq ki, Macarıstanın Baş naziri Viktor Orbanın hökuməti sözügedən məsələ ilə bağlı qərarını cari ilin aprelin 3-də açıqlamışdı. Bu zaman hökumət BCM-in siyasi xarakter aldığını vurğulamışdı.