Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.09.2025 | 21:00 | Baxılıb: 901
Ermənistanın Baş naziri Nikol Paşinyan rəsmi səfər çərçivəsində Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşüb.

“omrum.az” xəbər verir ki, bu barədə Ermənistan Baş nazir Aparatı məlumat yayıb.

Bildirilib ki, həmsöhbətlər ikitərəfli münasibətlərin gündəliyindəki məsələləri, Ermənistan-Avropa İttifaqı qarşılıqlı əlaqələrinin gələcəkdə genişləndirilməsini müzakirə ediblər. Görüşdə həmçinin Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması və regional əhəmiyyət kəsb edən digər mövzulara da toxunulub.

Qeyd edək ki, Paşinyan sabah Hamburqa yollanacaq və orada bir neçə görüş keçirəcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.