Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Paşinyan məzuniyyətə getdi
 
						Paşinyan məzuniyyətə getdi
Əlavə olunub: 08.12.2025 | 12:06 | Baxılıb: 2154
Ermənistanın Baş naziri Nikol Paşinyan məzuniyyətə yollanıb.

“omrum.az” xəbər verir ki, bu barədə məlumatı Ermənistan hökuməti yayıb.

Bildirilib ki, Paşinyan avqustun 12-dən 15-nə qədər məzuniyyətdə olacaq.

Onu bu dövr ərzində avqustun 12-dən 13-nə qədər baş nazirin müavini Mqer Qriqoryan, 14-dən 15-nə qədər isə digər müavini Tiqran Xaçatryan əvəz edəcək.

Xatırladaq ki, iyulun 28-də Ermənistan Baş nazirinin aparatı Paşinyanın iyulun 28-dən avqustun 15-nə qədər məzuniyyətdə olacağını açıqlamışdı. Lakin həmin dövrdə Paşinyanı əvəz edən M.Qriqoryanın qərarı ilə Baş nazir avqustun 5-də məzuniyyətdən geri çağırılıb. Avqustun 7-də isə Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyəti danışıqlar üçün Vaşinqtona yola düşüb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.